Politoloq: Rusiya Paşinyana sərt addımlarla cavab verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Nikol Paşinyanın Amerika əsgərlərini Ermənistana öncə təlim, daha sonra kim bilir, nələr üçün dəvət etməsi Rusiyanı şiddətli qəzəbləndirib”.
Bunu Baku TV-yə açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.
Politoloq hesab edir ki, Ermənistanın NATO ölkələri ilə hərbi təlim keçirməsi Rusiyaya qarşı düşmənçilikdir:
“N.Paşinyan Ukraynaya humanitar yardım etdi, sonra da hərbi yardım edər. Bunların hamısı Rusiyaya qarşı müharibədə istifadə olunacaq. N.Paşinyan Rusiyaya qarşı sərt bəyanatlarla da çıxış edir. Ermənistanın KTMT-nin üzvü olaraq NATO ölkələri ilə hərbi təlim keçirməsi çox qəribədir və Rusiyaya qarşı düşmənçilikdir. Artıq Rusiya xarici işlər nazirinin müavini Ermənistan rəhbərliyinə bununla bağlı Rusiyanın mövqeyini çatdırıb. Deyəsən, artıq sözlə demək kifayət etmir. N.Paşinyan sərt sözlərdən yox, sərt addımlardan anlayır. Bəlkə də, sərt addımlar atmaq lazımdır.
Hazırda Rusiya rəhbərliyi hansı sərt addımlarla cavab verəcəyini düşünür. Fikrimcə, N.Paşinyanın məqsədi tamamilə Rusiyadan ayrılmaq və Qərbin tərəfinə keçməkdir”.
#Sergey Markov teqi istifadə olunub
- Rusiya Azərbaycana görə Markovu sıxışdırır?
- “Razılığa gələ bilməyiblərsə...” | Ukrayna qüvvələri Donbasdan çıxarılacaq?
- Zelenski Putinlə buna görə görüşmək istəyir | Rusiyalı politoloqdan sensasiyalı açıqlama
- Sergey Markov nədə ittiham olunur? | Siyasi dairələr bu xəbərlə çalxalandı
- Rusiya səhvini etiraf etdi? - “Azərbaycanla əlaqələrimizi korlayan əsas səbəb...”
