Putin Çindən verdiyi mesajlar Yanukoviçə qədər gedib çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Krıma dronlarla hücum edib.
Bu ölkənin kəşfiyyat idarəsi əməliyyatla bağlı görüntülər yayıb. Rusiyanın iki “Mi-8” vertolyotunun vurulduğu qeyd olunub.
Ukraynanın yaydığı məlumata görə isə hücum “kabuslar” dəstəsi tərəfindən həyata keçirilib və Rusiyaya on miyonlarla dollar məbləğində ziyan dəyib.
Rusiya Ordusu “Patriot” və HIMARS sistemlərinin idarəetmə, buraxılış məntəqələrini məhv edib. Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
“DeepState”in məlumatına görə isə Rusiya Ordusu Dnepropetrovsk və Zaporojye vilayətlərində irəliləyib. Pokrovskun cənubundakı yaşayış məntəqələrindən biri işğalla üz-üzədir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından isə bildirilib ki, Rusiyanın hücumlarının qarşısı alınıb.
Bu arada, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rusiya Prezidenti Vladimir Putinin Ukrayna böhranı barədə dedikləri ilə razılaşıb.
Qeyd edək ki, Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində bildirib ki, Ukraynadakı münaqişənin səbəblərindən biri Qərbin Kiyevi NATO-ya üzv etmək istəyidir. “Bəli, Vladimir Putin tamamilə haqlıdır”, ‒ deyə Yanukoviç jurnalistlərə açıqlayıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Rusiya sülh üçün irəli sürdüyü şərtləri daha da sərtləşdirdi - Baku TV CANLI
- "Bu görüş mümkün deyil, çünki Putin bizi həmişə aldadır" | Zelenski və Putin görüşəcək? - Baku TV
- Kiyevdə yaşayanlar müharibənin dayandırılması ilə bağlı gözləntilərini bölüşüblər - Baku TV CANLI
- Uşaqlar da hücumun qurbanı oldu | Ukraynanın şəhərlərinə güclü zərbələr - Baku TV CANLI
- "Azərbaycan da bununla heç vaxt razılaşmaz" | Moskvanın NATO ilə bağlı tələbləri nədir? - Baku TV
