Pleyeri seçin:

Putin Orbanı əmin edib ki... | Avropaya yazılan məktubla bağlı sensasiya

09 iyul 2024 359 baxış

Macarıstan Baş naziri Viktor Orban Ukrayna və Rusiyaya səfərindən sonra Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və AB-yə üzv dövlətlərin başçılarına qapalı məktub yazıb.

Bu barədə Rusiyanın “Sistema” araşdırma layihəsi adının açıqlanmasını istəməyən avropalı rəsmilərə istinadən məlumat yayıb.

Bildirilib ki, iyulun 5-də Macarıstanın Baş naziri Moskvaya səfərindən dərhal sonra 5 iyulda Şuşaya gəlib və axşam saatlarında Azərbaycandan məktub göndərib. O, məktubda “tərəflərin mövqelərini öyrənmək” üçün Kiyev və Moskvaya getdiyini izah edib.

V.Orbanın sözlərinə görə, Moskva vaxtın onların tərəfində olduğuna inanır. V.Putin Rusiya ordusunun itkilərindən danışmayıb, ancaq əmin edib ki, Ukrayna hər ay təxminən 40-50 min hərbi qulluqçu itirir.

“V.Putin Ukrayna Prezidentinin müvəqqəti atəşkəsi rədd etməsinə təəccübləndi. Rusiya Prezidentinin sözlərinə görə, onlar Ukrayna qüvvələrinin gizli yerdəyişməsi və yenidən qruplaşdırılması rolunu oynamayan atəşkəslə bağlı istənilən təklifi nəzərdən keçirməyə hazırdırlar”, – məktubda deyilir.

Macarıstanın Baş naziri yazıb ki, həm Kiyev, həm də Moskva danışıqlara yalnız hər iki tərəf iştirak etdiyi təqdirdə hazırdır. V.Putin həmçinin onu “İstanbul razılaşmaları”nın aktuallığına inandırıb, lakin Ukrayna Prezidentinin sülh formuluna və İsveçrədəki sammitə münasibəti ilə bağlı suala cavab verməyib.

V.Orban Avropanı “təşəbbüs göstərməyə” çağırıb, çünki ABŞ-də hər kəs indi prezident seçkilərinə hazırlaşmaqla məşğuldur:

“Əgər bu prosesi saxlaya və ya dayandıra bilməsək, o zaman qarşıdakı iki ayda cəbhə xəttində əvvəlkindən daha dramatik itkilər və hərbi hadisələr görəcəyik”.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 359 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 359 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 359 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 359 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 359 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 359 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 359 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 359 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 359 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 359 baxış
Seçilmişlər
icon