Putin Paşinyanla danışacaq? | Peskov AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Prezidenti Vladimir Putin hələlik Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqə saxlamağı planlaşdırmır”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Bildirib ki, liderlər arasında təmas qrafikdə yoxdur, lakin lazım olduğu təqdirdə təşkil oluna bilər.
D.Peskov həmçinin alman zabitlərinin Krım körpüsünə hücumla bağlı söhbətinə də münasibət bildirib. Deyib ki, söhbətin məzmunu Ukrayna ətrafındakı münaqişədə Qərbin birbaşa iştirakını vurğulayır.
"Əgər zabitlərin danışdıqları hər şey dövlət siyasətinin tərkib hissəsidirsə, bu, pisdir. Əgər belə deyilsə, onda sual yaranır ki, Bundesver nə dərəcədə hakimiyyət orqanları tərəfindən idarə olunur", – deyə Kreml rəsmisi qeyd edib.
D.Peskov Kremlin Almaniya Federal Kansleri Olaf Şoltsun vəd etdiyi yoxlamanın nəticələrini gözlədiyini də deyib.
#Dmitri Peskov teqi istifadə olunub
- Peskovdan müharibə barədə açıqlama | "Rusiya bütün gücü ilə döyüşə davam edəcək" - Baku TV
- "Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV
- Rusiyalı nüvə mütəxəssisləri İrana niyə qayıdıb? - Baku TV
- Üçgünlük atəşkəs təşəbbüsü yeni danışıqlar üçün imkan yarada bilər? - Baku TV
- Putin-Tramp-Zelenski arasında üçtərəfli görüş keçiriləcək? - Baku TV
