Pleyeri seçin:

Putindən Ermənistana xəbərdarlıq | Paşinyan bu seçimindən peşman olacaq? - Baku TV

02 sentyabr 2026 260 baxış

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı ilə Avropa İttifaqının üzvlüyünə doğru irəliləməsinin bir-biri ilə uyğun gəlmədiyini bildirib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

Rusiya lideri xatırladıb ki, bu məsələni Paşinyanla həm şəxsən, həm də telefon danışıqları zamanı dəfələrlə müzakirə edib.

Putin vurğulayıb ki, Moskva Ermənistanın və erməni xalqının ölkənin gələcək yolunu müstəqil şəkildə müəyyən etmək kimi suveren hüququnu tanıyır. Lakin onun sözlərinə görə, Avropa İttifaqı üzvlüyünə doğru irəliləmək Ermənistanın Aİİ-yə üzvlüyü üçün qaçılmaz olaraq müəyyən fəsadlar yarada bilər.

Putin bildirib ki, bu, Ermənistanın hazırda ümumi Avrasiya bazarında əldə etdiyi üstünlükləri itirməsinə, eləcə də mövcud ticarət zəncirlərinin pozulmasına səbəb ola bilər.

O eyni zamanda vurğulayıb ki, İrəvan kursunu dəyişərsə, Moskva da öz ticari-iqtisadi siyasətini buna uyğun tənzimləməli olacaq. Buna görə də Rusiya tərəfi Ermənistanın gələcək istiqamətini mümkün qədər tez müəyyən etməsində maraqlıdır.

Ermənistanın Baş naziri Nikol Paşinyan da Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdə ŞƏT sammiti çərçivəsində görüşündə bildirib ki, ölkəsi Rusiya ilə münasibətləri daha da inkişaf etdirməkdə və dərinləşdirməkdə maraqlıdır. O, son illərdə Ermənistan ətrafında və bütövlükdə regionda vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edib. Baş nazirin sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri münaqişə şəraitində müəyyən məna daşıyıb. Lakin regionda sülh bərqərar olduqdan sonra bu münasibətlərə artıq “təzə baxışla” yanaşılmalıdır.

Paşinyan belə bir yanaşmanın ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib. Paşinyanın fikrincə, bu məsələ həm Ermənistanın, həm də Rusiyanın marağında olduğundan birgə həll edilməlidir. O bildirib ki, tərəflər konkret şirkətlərin vəziyyətini və mövcud problemləri ətraflı müzakirə etməlidirlər.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 260 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 260 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 260 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 260 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 260 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 260 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 260 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 260 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 260 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 260 baxış
Seçilmişlər
icon