Putinin istədiyi təkcə Ukrayna deyil | Rusiyanın qalmaqallı planı ifşa olundu?
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya özünə birləşdirdiyi Ukraynanın 4 regionunu tam işğal etməyənə qədər müharibə böyük ehtimalla davam edəcək”.
Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Ukraynada sülh təşəbbüslərinə münasibət bildirərkən deyib.
Onun fikrincə, bu işdə D.Tramp ona lazımi dəstəyi verəcək:
“Amma bu elə formada həyata keçiriləcək ki, Tramp vəzifəsini qoruya və gələcəkdə hakimiyyəti varisinə ötürə bilsin. Başqaları kimi Ukrayna da ABŞ ilə dostluğun ağır fəsadlarını yaşayacaq. Putin artıq təkcə Ukraynanı yox, NATO-nu da məğlub etməyin mümkünlüyünü görür. Ona görə də müharibəni indiki mərhələdə dayandırmayacaq, dəyərlər böhranı yaşayan, xəyanətə meyilli kollektiv Qərbi diz çökdürəcək. Tramp ABŞ-nin rəqiblərindən çox, özünün siyasi rəqiblərinə nifrət edir, onlardan qisas almaq istəyir. Putin Trampdan Rusiyanın rəqiblərinə qarşı bütün istiqamətlərdə məharətlə istifadə edəcək”.
#ABŞ teqi istifadə olunub
- Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib
- Bir gəminin sənədləri milyardlarla ziyana səbəb ola bilər? - Baku TV CANLI
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
- Demokratların böyük qələbəsi: Trampın siyasi planları alt-üst olur? - AKTUAL GÜNDƏM
