Qanun 2027-ci ildə Böyük Britaniyada qüvvəyə minəcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsində 16 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrin istifadəsinə tam qadağa qoyulacağını açıqlayıb.
"Mən uşaqlarımızın təhlükəsizliyi və xoşbəxtliyi məsələlərində güzəştə getməyə hazır deyiləm, buna görə də bu qadağa baş tutmalıdır və tətbiq ediləcək", – deyə Starmer vurğulayıb.
Baş nazirin sözlərinə görə, sosial platformalar uşaqları bədbəxt edir, qısnamanı asanlaşdırır və asılılıq yaratmaq üçün hazırlanıb.
O həmçinin bildirib ki, hökumət müvafiq qanunu 2026-cı ilin Milad bayramına qədər qəbul etməyi planlaşdırır, qadağanın özü isə 2027-ci ilin yazında qüvvəyə minəcək.
Qadağa "Snapchat", "TikTok", "YouTube", "X", "Instagram" və "Facebook" platformalarına şamil olunacaq. Bununla belə, hökumətin bəyanatına əsasən, "WhatsApp" və "Signal" mesencerləri bu siyahıya daxil deyil.
Qadağadan əlavə, hökumət "canlı yayımlar kimi zərərli funksiyaları" bloklamaq niyyətindədir. Həmçinin 18 yaşından kiçik istifadəçilər üçün gecə komendant saatlarının tətbiqi və "sonsuz sürüşdürmə" üzrə məhdudiyyətlərin qoyulması imkanları da nəzərdən keçirilir.
Baş nazir həmçinin yad şəxslərin uşaqlarla maneəsiz şəkildə əlaqə qurmasına imkan verən oyun servisləri və platformalarına qarşı da əlavə tədbirlərin görüləcəyini elan edib.
#Sosial şəbəkə qadağası teqi istifadə olunub
- Daha bir ölkədə uşaqların sosial şəbəkələrə girişi qadağan ediləcək - Baku TV
- Sesk Fabreqas uşaqlarına niyə telefon almır?
- Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək
- Yeni qaydalar | Sosial şəbəkələrdən istifadədə hansı dəyişikliklər olacaq? - Baku TV
- Uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır? - Baku TV
