Qarğıdalı qalmaqalı: Ermənistan hakimiyyətindən ironik reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
İranda davam edən hərbi qarşıdurma fonunda Ermənistan hakimiyyətinin davranışı ölkə daxilində müzakirə mövzusuna çevrilib.
Erməni mediası xəbər verir ki, martın 2-də parlamentdə jurnalistlərin suallarını cavablandıran Ermənistanın ədliyyə naziri Srbui Qalyan hakim “Vətəndaş müqaviləsi” partiyasının müharibə fonunda daxili partiya kampaniyası aparmasına yönələn tənqidlərə münasibət bildirib.
Yerli jurnalistlər nazirə Ermənistanın sərhədləri yaxınlığında müharibə gedərkən hakim partiyanın daxili siyasi fəaliyyətlə məşğul olması hökumətin regiondakı vəziyyətə laqeyd yanaşdığı təəssüratı yaratdığını deyiblər. Nazir isə buna cavab olaraq bildirib:
“Bu necə ifadə olunmalı idi? Bizə daxili gündəmlə məşğul olmağa nə əngəl törədir ki? Təhlükəsizlik Şurası açıq şəkildə bəyan edib ki, ölkəmiz üçün heç bir təhlükə yoxdur. Mən başa düşmək istəyirəm, niyə biz daxili siyasi gündəmdən yayınmalıyıq? Nazirlər Kabinetinin narahatlığını necə göstərməli idik?”.
Jurnalistin son günlərdə ictimaiyyətin Baş naziri əsasən qarğıdalı və “pirojki” yeyərkən gördüyünü xatırlatmasına isə Qalyan belə cavab verib: “Əgər sizə qarğıdalı və “pirojki” xoş gəlmirsə, bu artıq sizin probleminizdir”.
#Ermənistan teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
- Azərbaycan, ABŞ və Ermənistan arasında növbəti mühüm mərhələ - Baku TV CANLI
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
