Qazaxıstandan Rusiyaya məhdudiyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan bundan sonra Rusiya vətəndaşlarının qeyri-məhdud müddətə ölkədə qalmasına icazə verməyəcək.
İndiyədək ruslar bu ölkə ərazisində qanuni qalma müddətini yeniləmək, üç ayda bir dəfə Qazaxıstan sərhədini keçmək və dərhal geri qayıtmaq üçün qondarma “viza”dan istifadə edə bilirdilər. Qazaxıstan hökuməti Rusiya və Avrasiya İqtisadi Birliyinin digər ölkələrinin vətəndaşlarını icazə verilən üç aylıq qalma müddətindən sonra ən azı 90-cı gündə ölkəni tərk etməyə məcbur edəcək. Prosesə yanvarın 26-dan start veriləcək.
Bu qərarın tətbiq edilməsi Qazaxıstanın Daxili İşlər Nazirliyindən təklif edilib. Ehtimal olunur ki, bu addım dövlətə miqrasiyaya nəzarəti gücləndirməyə imkan verəcək.
Qazaxıstan hökumətindən bildirilib ki, ölkəyə xaricdən böyük əhali axını inflyasiyaya səbəb olub və keçən il bu, 1990-cı illərdən bəri ən yüksək göstərici olan 20 faizi ötüb.
#Qazax teqi istifadə olunub
- Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV
- Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI
- “Söhbət toyda başlayıb, nə olubsa...” | 17 yaşlı şagird 20 yaşlı oğlanı niyə bıçaqladı? - Baku TV
- "Neçəsini kürəkənim tutub, pul verib ki..." | Əhali dəhşət içində yaşamaqdan təngə gəlib - Baku TV
- "Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV
