Qərb Rusiya-Ukrayna müharibəsindən necə istifadə edir?
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva ABŞ və müttəfiqlərinin Ukrayna böhranının sülh yolu ilə həllində maraqlı olduğunu görmür.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Qərblilərin orada baş verən hər şeyin Vaşinqton üçün sərfəli sövdələşmə olduğunu xatırlatması ənənə halını alıb: Ukrayna münaqişəsi üçün ayrılan və məbləği milyardlarla ölçülən vəsaitin böyük hissəsi xaricdə qalır. Amerika hərbi-sənaye kompleksinin inkişafını stimullaşdırır və yeni iş yerləri yaradır. Döyüş meydanında ABŞ deyil, Ukrayna vətəndaşları ölür, bu da həyasız şəkildə vurğulanır.
Diplomatik yolda Kiyev və Qərb ölkələri Volodimir Zelenskinin tamamilə gözdən salınmış “formulunu” təbliğ etməyə davam edir. Bununla yanaşı, Ukrayna böhranının həlli üçün digər ölkələrin təklif etdiyi real təşəbbüsləri nəzərdən keçirməkdən qəti şəkildə imtina edirlər”, – M.Qaluzin bildirib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
