Qərb Tehranı nəyə başlamağa sövq edir? | Sergey Markovdan qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərb getdikcə daha aktiv şəkildə Tehranı “yenidənqurma”ya başlamağa sövq edəcək. Lakin farslar buna bir anda başlasa, nəticə də bizdə olduğu kimi olacaq”.
Bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Qərb üçün İranla bağlı hazırkı vacib plan SEPAH-ın cəmiyyət arasında gözdən salınmasıdır:
“İndiki mərhələdə Qərb qlobalist elitasının əsas məqsədi SEPAH-ın ən parlaq və xarizmatik liderlərinin və onunla əlaqəli silahlı fəalları fiziki olaraq məhv etməkdir.
Sonra isə İslam İnqilabının əsas sütunu kimi SEPAH-ı gözdən salmağa çalışmaq və İran cəmiyyətində konkret təxribatçı işlər aparmaqla məqsədinə nail olmaqdır. Onlar ali hakimiyyətin gözlənilən transferi ərəfəsində demokratikləşmə proseslərinin başlanmasına təkan vermək fikrindədir.
Artıq onların “İranlı Qorbaçov”u var – o, sanksiyaların aradan qaldırılması üçün Qərblə də dostluq etmək istəyir. KQB (DTK) hər şeyə qadir görünürdü, lakin SSRİ-ni dağılmaqdan xilas edə bilmədi. Görəsən, SEPAH necə, öz missiyasını yerinə yetirə biləcəkmi?”.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
