Qətərdən vasitəçilik səylərinə açıq dəstək | Al Tani Abbas Əraqçi ilə nələrdən danışdı? - Baku TV
Hörmüz boğazından sövdələşmə vasitəsi kimi istifadə böhranı daha da dərinləşdirəcək.
Bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşılıb.
Bildirilib ki, Əraqçi qətərli həmkarını ABŞ ilə İsrailin İrana hücumlarından sonra aparılan danışıqlar prosesi ilə bağlı son yeniliklər barədə məlumatlandırıb.
Söhbət zamanı böhranın dinc yolla həllinə yönəlmiş vasitəçilik səylərinə Qətərin tam dəstəyi ifadə olunub.
“Hörmüz boğazının bağlanması, yaxud ondan sövdələşmə vasitəsi kimi istifadə edilməsi böhranı daha da dərinləşdirəcək və region ölkələrinin həyati maraqlarını təhlükəyə atacaq”, – deyə Qətərin Xarici İşlər Nazirliyi rəhbəri qarşı tərəfin diqqətinə çatdırıb.
Al Tani bunun qlobal enerji və ərzaq təchizatına, eləcə də bazarın sabitliyinə potensial mənfi təsirlərinin ola biləcəyini qeyd edib.
#Qətər teqi istifadə olunub
- Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib
- Hörmüzdə yaranan kritik vəziyyət yanacaq böhranı yaradacaq? | Qətərdən xəbərdarlıq - ANA XƏBƏR
- Ankara və Doha regional gərginliyin azaldılması yollarını müzakirə etdi - Baku TV
- Qətər və Türkiyə davamlı sülh üçün təmasları davam etdirir - Baku TV CANLI
- Qətər ABŞ-İran danışıqları ilə bağlı son vəziyyəti açıqladı - Baku TV CANLI
