Pleyeri seçin:

Qəzzada atəşkəs pozuldu, ara qarışdı | Razılaşmanın şərtləri pozulub?

03 mart 2025 381 baxış

İsraillə HƏMAS arasında 42 gündən sonra atəşkəs yenidən pozulub.

Fələstin xalqı bunu əbədi atəşkəs adlandırsa da, İsrail tərəfi “şərtlərdən hansısa pozularsa, hücumumuz qaçınılmaz olacaq” demişdi və dediyini etdi.

“Al Arabiya” telekanalı iddia edir ki, HƏMAS-ın altı həftəlik atəşkəsə qarşı çıxması Netanyahunun qəzəbinə səbəb olub və buna cavab olaraq SAXAL Qəzza zolağına bir neçə aviazərbə endirərək sözügedən əraziyə humanitar yardımın çatdırılmasını dayandırıb. Havadan hücum nəticəsində azı 4 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Hadisədən dərhal sonra İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciət edib. “İsrail cənab Trampla razılaşdırılmış 50 günlük atəşkəs rejimini pozmadı. Bizi buna təhrik etdilər. Qarşı tərəfdən gələn təhlükə dəf edilməli idi. Onlar ancaq 42 gün atəşkəs rejiminin şərtlərinə əməl edə bildilər. Bir daha təkrar edirəm, İsrail bu qərarı qəbul etdi, mən dəstəklədim, biz atəşkəs üçün addım atdıq, amma HƏMAS sövdələşməni pozdu. Biz ilk gündən bəyan etmişdik ki, onlar bunu edərlərsə, qəzəbimizdən qaça bilməyəcəklər. Sivil insanları öz məkirli planları üçün qurban verməyə davam edənlərlə hansı insani anlaşmadan danışmaq olar? Cənab Tramp, bizimlə bərabər Qəzza zolağında sülh və əmin-amanlıq yaratmaq istəyinizə və atəşkəs mövzusunda bizə dəstək olduğunuza görə sizə təşəkkür edirik, var olun”, ‒ B.Netanyahu bildirib.

Məsələnin ən maraqlı tərəfi isə odur ki, B.Netanyahu Qəzzaya aviahücumdan sonra ABŞ-nin Yaxın Şərq üzrə elçisi Stiv Uitkoffun atəşkəsin uzadılması təklifini qəbul edib. Qərar müsəlmanların müqəddəs Ramazan ayı və yəhudilərin Pasxa bayramını əhatə edəcək. HƏMAS isə atəşkəsin uzadılmasını rədd edərək razılaşmanın ikinci mərhələsinə keçidin təmin olunmasını tələb edib. 2-ci raundda fələstinli girovların geri qaytarılması, qəzzalıların öz yurdlarına qayıtması, humanitar yardımın davamlı olaraq həftədə bir dəfə Rəfah sərhəd keçidi vasitəsilə vətəndaşlara çatdılması nəzərdə tutulur.

Banner
Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV

Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV

Dünya
09 noyabr 2026 381 baxış
Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR

Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR

Dünya
09 noyabr 2026 381 baxış
Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Dünya
09 noyabr 2026 381 baxış
Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Dünya
09 noyabr 2026 381 baxış
Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Dünya
09 noyabr 2026 381 baxış
Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Dünya
09 noyabr 2026 381 baxış
Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Dünya
09 noyabr 2026 381 baxış
Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Dünya
09 noyabr 2026 381 baxış
NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

Dünya
09 noyabr 2026 381 baxış
Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Dünya
09 noyabr 2026 381 baxış
Seçilmişlər
icon