Qəzzada döyüşlər davam edir: Yəməndə üsyançılar İsrailə PUA ilə hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza zolağının dərinliklərində HƏMAS-la İsrail Ordusu arasında şiddətli döyüşlər gedir.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Ordunun mətbuat xidmətindən bildirilib ki, hərbi əməliyyatlara TSAHAL-ın quru bölmələri rəhbərlik edir.
İsrail Ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 8525 nəfərə çatıb. Bunu Qəzza zolağının Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl Qudra bildirib. O, ölənlərin 3542 nəfərinin uşaq, 2187-sinin isə qadın olduğunu deyib.
Nazirlik rəsmisi bildirib ki, İsrailin hücumu nəticəsində 21 543 nəfər yaralanıb. HƏMAS-ın hücumu nəticəsində isə 1538 nəfərdən çox israilli həlak olub.
Bu arada Husi hərəkatı Yəməndən İsrailə pilotsuz uçuş aparatları ilə hücum edib. Bunu husilərin paralel rəhbərlik etdiyi Yəmən hökumətinin Baş naziri Əbdüləziz bin Habtur “France Press” agentliyinə açıqlamasında deyib.
O bildirib ki, İsrailin HƏMAS-a qarşı apardığı müharibəyə cavab olaraq oktyabrın 31-də PUA ilə zərbələr endirilib.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri Qırmızı dəniz sahilindəki Eylat bölgəsində hava həyəcanı siqnalının işə düşməsi barədə məlumat yayıb, lakin sonradan regionda ciddi təhlükənin olmadığı qeyd edilib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
