Qəzzada nələr yaşanacaq? | İsraildən təşkilata növbəti təklif
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Misir vasitəsilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında atəşkəsi müvəqqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamaq təklifini çatdırıb.
Qeyd olunub ki, Misir artıq İsrailin təşəbbüsü ilə bağlı hərəkatı məlumatlandırıb.
"Associated Press"in yaydığı məlumata görə, HƏMAS artıq İsraillə danışıqları davam etdirmək üçün Qətərə nümayəndə heyəti göndərib. Qəzza zolağında atəşkəsin bərpası ilə bağlı keçirilən danışıqlar bu həftənin sonu və ya gələn həftə baş tuta bilər.
Bundan əvvəl aprelin 12-də Qahirədə danışıqlar keçirilib. Tərəflər HƏMAS-ın 8-10 girovu azad etməsini nəzərdə tutan yeni mümkün atəşkəs razılaşmasını müzakirə ediblər. Bəzi məlumatlara görə, danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
