Qəzzaya yardım niyə dayandırıldı? | Netanyahudan mühüm açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
“Müharibə başlayan andan deyirdik ki, qələbəni tamamlamaq üçün HƏMAS-ı məğlub edib girovları azad etməliyik. Bu iki tapşırıq bir-birinə bağlıdır”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Amma biz aclıq vəziyyətinə gəlməməliyik. Buna görə də Qəzzaya minimal yardım etməyə qərar verdik. Amma gördük ki, HƏMAS bu yardımın bir hissəsini talayır. Buna görə də humanitar yardım dayandırıldı.
Amerikalı dostlarla digər metoddan istifadəni razılaşdırdıq. Bu üsul İsrail Müdafiə Qüvvələrinin nəzarətində olan yardım məntəqələrini əhatə edir. Burada ərzaqla yanaşı, tibbi yardım da göstəriləcək”, ‒ deyə B.Netanyahu bildirib.
İsrail Baş nazirinin sözlərinə görə, yaxın günlərdə bir neçə belə məntəqə yaradılacaq:
“Qəzza bizim nəzarətimizdə olanda bütün sakinlər həmin məntəqələrə rahat şəkildə gələ biləcəklər. HƏMAS isə yardımsız qalacaq. Bütün bunlar Qəzzadakı əməliyyatlara paralel həyata keçiriləcək. Bu, HƏMAS-ın süqut planının bir hissəsidir”.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
