Pleyeri seçin:

"Əkiz Qüllələr"in partladılmasında bilinməyən detal | 9/11 - Bin Ladenin "əsər"i

11 sentyabr 2024 919 baxış

“Aydın tarix” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında 11 sentyabrda ABŞ-də törədilən terror aktlarından bəhs olunub.

Yerli vaxtla saat 08:46-da ABŞ Hava Yollarına məxsus sərnişin təyyarələri Nyu-Yorkun simvoluna çevrilən Ümumdünya Ticarət Mərkəzinin əvvəlcə Şimal qülləsinə, 09:03 radələrində isə Cənub qülləsinə yönəlib. Zərbələr güclü idi və binaların tam çökməsinə səbəb olub. Üstəlik, güclü yanğınlar baş verib.

Nyu-Yorkdakı hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binası da vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsi ABŞ-nin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib. Həmin təyyarənin hədəfi isə Ağ Ev idi.

Hücumlar nəticəsində üç minə yaxın insan ölüb, altı mindən çox insan isə yaralanıb. Bu terror aktları son yüz ildə törədilən terror aktlarından çox fərqlənirdi. Hücumlar dünyanın ən qüdrətli dövlətlərindən birinə qarşı böyük miqyasda hazırlanmışdı. Bu günə kimi hücum edənlərin təhlükəsizlik sistemlərini necə keçə bildikləri isə tam bəlli deyil.

Tarixçi Rizvan Hüseynov bildirib ki, bununla bağlı müxtəlif versiyalar ortaya çıxıb, buna görə də informasiya çirkliliyi yaranır:

“Burada ən ciddi araşdırmalar ABŞ dövlətinin özünün sifarişi ilə olub. Mənə görə ən prinsipial və sual doğuran məsələ odur ki, təyyarənin dəyməsi ilə həmin möhtəşəm binanın altındakı polad özəlləri niyə min dərəcəyə qədər qızaraq əriyib və dağılıb. Videolara diqqətlə baxsanız, görərsiniz ki, 3-10 mərtəbə arası həmin polad konstruksiyalarda bir saniyədə xırda partlayışlar baş verir. Təyyarələrdə xidmət edən texniki heyət də deyir ki, poladı elə əritmək mümkün deyil. Ona görə də zirzəmidə olan ərimələr çoxlu suallar doğurur”.

ABŞ-də, ələlxüsus da hava nəqliyyatında eyni anda bu miqyasda terror aktı həyata keçirmək mümkünlüyü inanılmaz idi. Hadisədən neçə illər keçsə də, o miflər və konspirasiya nəzəriyyələri bitmir və ən əsası 11 sentyabr hadisələri dünyada böyük bir antiterror əməliyyatına start verib.

Banner
Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM

Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM

Dünya
23 oktyabr 2026 919 baxış
Ukrayna sülh sazişi üçün ərazi güzəştlərinə getməli olacaqmı? - Baku TV

Ukrayna sülh sazişi üçün ərazi güzəştlərinə getməli olacaqmı? - Baku TV

Dünya
23 oktyabr 2026 919 baxış
İnsan haqları, yoxsa siyasi maraqlar?

İnsan haqları, yoxsa siyasi maraqlar?

Dünya
23 oktyabr 2026 919 baxış
Sülh yolunda əsas maneə: Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək? - Baku TV CANLI

Sülh yolunda əsas maneə: Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək? - Baku TV CANLI

Dünya
23 oktyabr 2026 919 baxış
Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV

Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV

Dünya
23 oktyabr 2026 919 baxış
Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI

Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI

Dünya
23 oktyabr 2026 919 baxış
Rusiya tərəfi Ukraynaya 252 meyitin təhvil verildiyini bildirib və Kiyevin itkilərinə dair yeni rəqəmlər paylayıb

Rusiya tərəfi Ukraynaya 252 meyitin təhvil verildiyini bildirib və Kiyevin itkilərinə dair yeni rəqəmlər paylayıb

Dünya
23 oktyabr 2026 919 baxış
Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir

Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir

Dünya
23 oktyabr 2026 919 baxış
Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir

Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir

Dünya
23 oktyabr 2026 919 baxış
Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib

Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib

Dünya
23 oktyabr 2026 919 baxış
Seçilmişlər
icon