"Niqodnu"ları göyə uçuracaq xəbər | Sarkisyan qanuna yenilik gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan parlamenti fərarilərlə bağlı qanun layihəsini yekun oxunuşda qəbul edib.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Ayk Sarkisyanın hazırladığı qanun layihəsinə görə, hərbi xidmətdən yayınan 27-37 yaş arası kişilər Ermənistan Ordusunda xidmət etməklə və ya büdcəyə müəyyən pul vəsaiti köçürməklə cinayət təqibindən yayına bilərlər.
Qanuna bununla əlaqədar olaraq bir neçə variant əlavə edilib. Belə ki, erməni kişilər ya 12 ay xidmət edib 6200 dollar ödəməklə, ya da 6 ay xidmət edib 12400 dollar ödəməklə cinayət məsuliyyətindən azad olacaqlar.
Bundan başqa, onlar dövlətə 1 ay xidmət edib 24800 dollar verməklə, yaxud da hərbi xidmət keçmədən birdəfəlik 37500 dollar ödəməklə də cinayət təqibindən yayına biləcəklər.
Hakim partiya qanun layihəsinin qəbulunun fərariliyə görə axtarışda olan bir çox vətəndaşların vətənə qayıtmasına imkan verəcəyini, ordunun repatriantlarla təmin olunacağını və dövlət büdcəsinə əlavə vəsait daxil olacağını bildirib.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
