"O diktatordur" | Bayden çaşdı, yoxsa qəsdən dedi?
Yeniliklərdən dərhal xəbərdar olun
Çin Xalq Respublikasının Sədri Si Cinpinin Birləşmiş Ştatlara gözlənilən səfəri baş tutub. O, ABŞ Prezidenti Cozef Baydenlə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində San-Fransiskoda bir araya gəlib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Görüşdə çıxış edən Si Cinpin bildirib ki, iki dövlətin mədəniyyət fərqlərinə və spesifik sosial-iqtisadi inkişafına baxmayaraq, Çin-Amerika münasibətlərinin uğurlu gələcəyi var:
“Çin və ABŞ arasındakı qarşıdurmanın bütün dünya üçün dözülməz nəticələri olacaq. Rəsmi Pekin və Vaşinqton bir-birinə hörmət göstərsələr, sülhə və qarşılıqlı faydalı əməkdaşlığa can atsalar, fikir ayrılıqlarını aradan qaldıra bilərlər. Çin heç vaxt Birləşmiş Ştatların əleyhinə olmayıb və onun daxili işlərinə qarışmayıb. Çinin ABŞ-yə meydan oxumaq və ya onu əvəz etmək niyyəti yoxdur, bunun əvəzinə biz əmin, açıq və firavan ABŞ görməyə şadıq”.
ABŞ Prezidenti Cozef Bayden isə çıxışında çinli həmkarı ilə görüşünün nə qədər vacib olduğunu vurğulayıb:
“Üz-üzə ünsiyyəti heç nə əvəz edə bilməz. Biz bəzən bir sıra məsələlərdə razılaşmasaq da, görüşlərimiz daim səmimi, açıq və faydalı olub. Mən bugünkü ünsiyyətimizi də yüksək qiymətləndirirəm. Çünki iki lider olaraq bir-birimizi aydın başa düşməyimiz və anlaşılmazlıqlardan qaçmağımız son dərəcə önəmlidir. Bizim birgə rəhbərliyimizi tələb edən kritik beynəlxalq çağırışlar var. Bu görüşdə biz ciddi irəliləyiş əldə etdik. Mən vurğulamaq istəyirəm ki, o diktatordur. Onun başçılıq etdiyi dövlət kommunizmlə idarə olunur, bu isə bizim ideologiyamızdan tamamilə fərqlənir”.
Məlumat üçün bildirək ki, bu, Si Cinpinin 2017-ci ildən sonra ABŞ-yə ilk səfəridir. O, həmin il ölkənin sabiq prezidenti Donald Trampla görüşüb.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
