Pleyeri seçin:

"Ölməkdən qorxuruq, doğmalarımız üçün qorxuruq..." | Xalq niyə müdafiəsiz qalıb? - Baku TV

14 iyul 2026 317 baxış

Son vaxtlar Rusiya Ordusunun Ukraynaya, xüsusilə də paytaxt Kiyevə endirdiyi ballistik raket zərbələrinin intensivləşməsi fonunda ölkənin hava hücumundan müdafiə imkanları ilə bağlı ciddi narahatlıq yaranıb.

Əsas problemlərdən biri ballistik raket hücumlarının qarşısını almaq üçün nəzərdə tutulan müdafiə vasitələrinin çatışmazlığıdır.

Ukrayna müdafiə nazirinin müşavirinin ballistik raketlərə qarşı istifadə edilən hava hücumundan müdafiə raketlərinin demək olar ki, tükənməsi barədə açıqlaması müzakirələri daha da artırıb.

Vəziyyət o həddə çatıb ki, Kiyevə ballistik raket hücumları zamanı bəzən hava həyəcanı siqnalını vaxtında işə salmaq belə mümkün olmur. Hücumlar qəfil baş verdiyindən sakinlərin sığınacaqlara çatmağa vaxtı qalmır. Bu isə böyük insan tələfatına və ciddi dağıntılara səbəb olur.

Rusiya Ordusunun əsas hədəfləri arasında Kiyev, Dnepr, Xarkov, Sumı, Odessa və Ukraynanın mərkəzi hissəsində yerləşən digər şəhərlər var.

“Dörd ildir davam edən müharibə ərzində ballistik raketlərin, “Shahed” tipli dronların və Rusiyanın bizə qarşı istifadə etdiyi digər silahların bir-birindən nə ilə fərqləndiyini artıq yaxşı bilirik. Ballistik raketlər, əlbəttə ki, daha qorxuludur. Bununla belə, insanlar mövcud vəziyyətə müəyyən qədər öyrəşiblər. Bilirik ki, təhlükə və ya hava həyəcanı siqnalı olarsa, dərhal sığınacağa getmək lazımdır. Buna görə də xəbərdarlıqları daim izləyirik.

Ballistik raketlərin əsas təhlükəsi onların çox yüksək sürətlə hərəkət etməsidir. Dronlardan və digər raketlərdən fərqli olaraq onlar hədəfə çox qısa müddətdə çatır. Məsələn, Bryansk istiqamətindən raket buraxılması barədə xəbərdarlıq yayılanda həmin raket iki-üç dəqiqə ərzində artıq burada ola bilər. İnsanlar heç də həmişə sığınacağa çatmağa macal tapmırlar. Hər şey çox sürətlə baş verir.

Mən də daxil olmaqla burada yaşayan hər kəs ballistik raketlərdən çox qorxur. Çünki onlar həm çox sürətlidir, həm də son dərəcə böyük dağıdıcı təhlükə daşıyır”, – deyə Kiyev sakini bildirib.

Banner
Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Dünya
09 noyabr 2026 317 baxış
Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Dünya
09 noyabr 2026 317 baxış
Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Dünya
09 noyabr 2026 317 baxış
NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

Dünya
09 noyabr 2026 317 baxış
Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Dünya
09 noyabr 2026 317 baxış
SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

Dünya
09 noyabr 2026 317 baxış
Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Dünya
09 noyabr 2026 317 baxış
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

Dünya
09 noyabr 2026 317 baxış
NATO müttəfiqləri Trampın Rusiya planından xəbərsiz qalıb? - Baku TV CANLI

NATO müttəfiqləri Trampın Rusiya planından xəbərsiz qalıb? - Baku TV CANLI

Dünya
09 noyabr 2026 317 baxış
2060-cı ilə qədər buzlaqlar yox ola bilər

2060-cı ilə qədər buzlaqlar yox ola bilər

Dünya
09 noyabr 2026 317 baxış
Seçilmişlər
icon