Pleyeri seçin:

İranın nüvə silahı əldə etməsi dünya üçün necə nəticələnə bilər?

16 mart 2026 389 baxış

“İran nüvə silahı əldə edərsə, bu, bölgədə “Pandora qutusu”nun açılmasına bənzər prosesi tətikləyə bilər”.

Bunu özbəkistanlı analitik Şuxrat Rasul yerli KİV-ə deyib.

“Bu halda digər regional güclərin də nüvə silahı əldə etməyə çalışması ehtimalı artır. Məsələn, Türkiyə bu fürsəti nəzərdən keçirə bilər və buna nail olmaq üçün texnoloji potensiala da malikdir. Səudiyyə Ərəbistanı və Misir də nüvə proqramlarını sürətləndirməyə çalışa bilərlər.

Nəticədə, bu prosesin “domino effekti” ilə genişlənməsi və digər dövlətləri nüvə silahı əldə etməyə təşviq etməsi ehtimalı var. Bir dövlət nüvə silahını öz təhlükəsizliyi üçün zəruri hesab edərsə, qonşuları da bunu təhdid kimi qəbul edəcək və oxşar tədbirlər görməyə çalışacaqlar.

Beləliklə, nüvə silahına malik dövlətlərin sayı təkcə Yaxın Şərqdə deyil, həm də dünyanın digər bölgələrində kəskin şəkildə arta bilər. Məsələn, Cənub-Şərqi Asiyadakı bəzi ölkələr də belə bir nəticəyə gələ bilərlər: “əgər digər ölkələr nüvə silahı əldə edə bilirsə, niyə biz də bu fürsəti nəzərdən keçirməməliyik?”, – ekspert qeyd edib.

Ş.Rasulun fikrincə, İran nüvə silahına yiyələnsə, gələcəkdə Mərkəzi Asiya ölkələrinə (Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Tacikistan) qarşı iddialarla çıxış edə bilər:

“İranın nüvə silahı əldə etməsi qlobal miqyasda nüvə silahlanması yarışını gücləndirə bilər. Bu baxımdan, İranın nüvə silahı əldə etməsi Mərkəzi Asiya üçün də müəyyən təhlükə yarada bilər. Bəzən deyilir ki, İran Mərkəzi Asiyanı “tarixi və mədəni cəhətdən yaxın bölgə” kimi görür. Əgər bu cür fikirlər səhv şərh olunarsa və ya siyasi ambisiyalarla birləşdirilərsə, gələcəkdə regional münasibətlərdə müxtəlif narahatlıqlara səbəb olacağı ehtimalını inkar etmək mümkün deyil”.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 389 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 389 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 389 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 389 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 389 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 389 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 389 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 389 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 389 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 389 baxış
Seçilmişlər
icon