Regionun taleyi bu hücumdan asılıdır? | İsrail və ABŞ-nin planı ortaya çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
“İsrail və ABŞ-nin məqsədi təkcə müqavimət qüvvələrini Fələstin sərhədindən 10 kilometr uzaqlaşdırmaq deyil, həm də “Hizbullah”ı tərk-silah etmək və Livanda amerikapərəst prezident seçməkdir ki, Livan tamamilə ABŞ-nin hegemonluğu altında olsun. İnanıram ki, İsrail və ABŞ-nin bu çox uzağa gedən məqsədi reallaşmayacaq və şiddətli müqavimətlə qarşılaşacaq”.
Bu sözləri erməni mediasına müsahibəsində livanlı politoloq Camal Vakim deyib.
O bildirib ki, ABŞ və İsrailin hədəfi həm “Hizbullah”ı İran kimi mühüm müttəfiqin dəstəyindən məhrum etmək, həm də İrana bağlı digər – məsələn, Fələstin, Yəmən və İraqın müqavimət hərəkatlarını zərərsizləşdirməkdir:
“Ona görə də hesab edirəm ki, İran bu mübarizənin bir hissəsidir və buna imkan verməyəcək. Eyni zamanda israillilərin və amerikalıların məqsədi Livana hücum edərək Yaxın Şərqin xəritəsini tamamilə dəyişmək və bölgəni Rusiyaya hücum etmək üçün bazaya çevirməkdir. ABŞ artıq Ukrayna müharibəsində iştirak edir, Rusiyaya qarşı proksi müharibə aparır, ona görə də ruslar da bu müharibədə iştirak edəcək və hadisələr gözləniləndən daha uzun sürəcək”.
O iddia edib ki, Nəsrullahın və ya digər liderlərin öldürülməsinin bu hərəkatın dağılmasına gətirib çıxaracağı fikri doğru deyil:
“Livanda “Hizbullah”ın böyük dəstəyi var, Livan əhalisinin böyük bir hissəsi hərəkatı dəstəkləyir və bu təşkilatda öldürülən liderlər həmişə yeniləri ilə əvəz olunur. Çünki “Hizbullah”ın bütün üzvləri nə vaxtsa şəhid olacaqlarını bilirlər. Buna görə də inanıram ki, bu, yalnız döyüşün başlanğıcıdır”.
Onun fikrincə, ABŞ və İsrailin son məqsədi bütün regionu öz nəzarəti altına alıb Rusiya, İran və Çinə qarşı platformaya çevirməkdir:
“Bu, Amerikanın Avrasiyada qalmaq və onun imkanlarından istifadə etmək planının bir hissəsidir. Bu müharibənin son nəticəsinin nə olacağını anlamağa çalışarkən bunu nəzərə almaq lazımdır”.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
