Rejim məhz bundan sonra çökdü | Əsəd Rusiyaya 135 milyardla qaçıb?
Yeniliklərdən dərhal xəbərdar olun
“Suriya rejimi Hələb alınan gün çökdü”.
Bu sözləri Bəşər Əsəd hakimiyyətində kəşfiyyat zabiti olmuş Xalid Bəyyə bildirib.
O, böyük məğlubiyyət barəsində danışarkən Əsədin 135 milyard dollarla Rusiyaya qaçdığını bildirib.
“Son məğlubiyyətdən əvvəl çox böyük hesablaşma oldu. Rusiya tərəfdarları ilə İranı dəstəkləyən komanda rəhbərliyi arasında ciddi gərginlik yaşandı. Hələb komandiri general Məhəmməd Səfədli və rusiyayönümlü general Süheyl Həsən arasında mübahisə düşdü. Beləliklə, hərbi kəşfiyyat və ordu arasında məlumat axını dayandı. Hələb Suriya Ordusunun nəzarətindən çıxan gün başlayan məğlubiyyət nəticəsində müxaliflər Dəməşqə girdilər”, – deyə o bəyan edib.
Qeyd edək ki, Xalid Bəyyə baş verən proses zamanı komanda rəhbərliyindən 273 yüksəksəviyyəli komandirin Əsəd hökuməti tərəfindən edam edildiyini də açıqlayıb.
#Suriya teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
