Pleyeri seçin:

Rəsmi Tehranın terrorla bağlı reaksiyası necə olacaq? | Politoloqdan açıqlama

03 aprel 2024 105 baxış

İsrailin Suriya paytaxtına endirdiyi və İran konsulluğuna aid binanın dağılması ilə nəticələnən hava zərbəsindən sonra aralarında briqada generalının da olduğu yeddi iranlı zabitlə yanaşı, ümumilikdə 13 nəfər həlak olub.

İran hücuma görə məsuliyyəti İsrail və ABŞ-nin daşıdığını bildirməklə dolayısı ilə hadisənin müharibəyə əsas yaratdığına işarə edib.

Lakin İranın buna bənzər hədələyici bəyanatlarının heç bir nəticəsini görmədiyimiz üçün rəsmi Tehranın bu dəfə hansı addım atacağı ilə bağlı bir sıra suallar yaranıb. Məsələn, 2020-ci ilin yanvarında ABŞ kəşfiyyatı tərəfindən Bağdad hava limanında SEPAH-ın quru qoşunlarının komandanı Qasım Süleymaninin öldürülməsi İran tərəfindən daha çox təhdid dolu reaksiyalarla yadda qaldı, nəinki adekvat cavab verməklə.

Bundan başqa, 2024-cü ilin yanvarında Suriyada fəaliyyət göstərən Qüds qüvvələri hərbi birləşməsinin briqada generalı və digər dörd nəfər SEPAH mənsubu İsrail hücumu nəticəsində həlak olsa da, İran yenə də adekvat addım atmayıb.

Maraqlıdır, rəsmi Tehranın budəfəki reaksiyası necə olacaq?

Politoloq Natiq Miri bildirib ki, İran yenə də birbaşa müharibəyə müdaxilə etməkdən çəkinəcək:

“İran ənənəvi olaraq özünün muzdlu proksi qüvvələrindən istifadə edərək HƏMAS, Livandakı “Hizbullah” və yaxud Suriyadakı milisləri tərəfindən İsrailə müəyyən raket zərbələri endirə bilər. Eyni zamanda İsrailin müxtəlif ölkələrdəki diplomatik nümayəndələri terror hücumuna məruz qala bilər”.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 105 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 105 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 105 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 105 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 105 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 105 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 105 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 105 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 105 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 105 baxış
Seçilmişlər
icon