Ruben Vardanyan özünü "yandırdı"
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyadakı sərvətini atıb Qarabağa, xalqını dəstəkləməyə gəldiyini iddia edən Ruben Vardanyan “Hard talk” verilişindəki bu müsahibəsi ilə bir daha özünü ifşa edib.
“Vətənpərvər oğlan” jurnalistin suallarını cavablandırarkən sərgilədiyi mövqe ilə bir daha Rusiyanın, Sarkisyan və Koçaryan qruplaşmalarının gizli layihəsi olduğunu sübut edib. Hətta dünyanı birləşdirən Ukrayna müharibəsinə belə etinasız yanaşaraq, cavabları ilə əslində bu mövzuda da Rusiyanı, dolayısı ilə ipini tutan Putini dəstəklədiyini nümayiş etdirib.
Uzun müddətdir, Ermənistanın Baş naziri Nikol Paşinyanla aralarında soyuq külək əsdiyi deyilən “dövlət naziri” bu məsələnin də real olduğunu təsdiqləyib. Onun fikirlərindən belə anlaşılır ki, heç Qarabağın müqəddəratını Ermənistanla da görmür və müstəqillik qazanmaq arzusundadır.
Jurnalistin israrlı sualları qarşısında gah nala, gah da mıxa vuran Vardanyan Qarabağdan heç zaman çıxmaq istmədiyini də dilə gətirib. Uzun müddətdir, torpaqlarımızda ara qatmaqla məşğul olan bu dələduz, əslində, öz xalqının gələcək faciələrinin də ssenarisini hazırlayır. Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi ilə təsəlli tapan Vardanyan hələ də anlamayıb ki, torpaqlarımızın müqəddəratı yalnız bizim əlimizdədir. Yaxşı bir atalar sözü var, keçinin buynuzu qaşınanda başını çobanın çomağına sürtər. Deyəsən, Vardanyanın da könlünə çomaq düşüb.
#Ruben Vardanyan teqi istifadə olunub
- Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV
- Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV
- Vardanyan və digər erməniəsilli şəxslərlə bağlı hiddət doğuran çağırış - Baku TV
- Ruben Vardanyan hökmü regional güclərə ünvanlanan sərt siqnaldır? - AKTUAL GÜNDƏM
- Təcili: Ruben Vardanyanla bağlı yekun məhkəmə qərarı elan olundu - Baku TV
