Rusiya atəşkəsə “yox” deyib hücum etsə... | G7 ölkələrindən kritik qərar
Yeniliklərdən dərhal xəbərdar olun
G7 ölkələrinin xarici işlər nazirləri ABŞ-nin son bir ay yarım ərzində ortaya çıxan xüsusi mövqeyinə baxmayaraq, Kvebekdəki görüşün yekunlarına üzrə Ukrayna ilə bağlı birgə bəyanat yayıblar.
Bəyanatda Ukraynanın “ərazi bütövlüyü və mövcudluq hüququnun müdafiə olunmasında” “sarsılmaz dəstəkdən” bəhs edilir.
Nazirlər həmçinin Ukraynanı hərbi əməliyyatlara “dərhal” son qoymaq öhdəliyinə görə alqışlayıblar və Rusiyanı atəşkəslə razılaşmağa və tam şəkildə həyata keçirməyə çağırıblar.
Kommünikedə həmçinin bildirilib ki, Moskva atəşkəsdən imtina edərsə, nazirlər sanksiyalar və neft qiymətlərinin yuxarı həddi kimi tədbirləri müzakirə ediblər.
Bundan əlavə, gələcəkdə Rusiyanın növbəti təcavüzünün qarşısını almaq üçün Ukraynaya təhlükəsizlik təminatlarının zəruriliyi müzakirə olunub – sənəddə bu, “güclü və inandırıcı təhlükəsizlik hazırlıqları” kimi təsvir edilir.
“Reuters” xəbər verir ki, qapalı qapılar arxasında nazirlər bəyanatın mətni ilə bağlı uzun müddət mübahisə ediblər, lakin sonda qeyd olunan formullara gəliblər. Onlar bu kompromisin əldə olunmasında dövlət katibi Marko Rubionun rolunu xüsusilə vurğulayırlar.
#ABŞ teqi istifadə olunub
- Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib
- Bir gəminin sənədləri milyardlarla ziyana səbəb ola bilər? - Baku TV CANLI
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
- Demokratların böyük qələbəsi: Trampın siyasi planları alt-üst olur? - AKTUAL GÜNDƏM
