Rusiya Ermənistanı yox, İranı seçdi | Erməni deputatdan gecikmiş etiraf
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Rusiya üçün yaxşı müttəfiq idi”.
Bunu Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan yerli mediaya açıqlamasında deyib.
Erməni deputat Rusiyaya 98 milyon dollar borcun əvəzində 2 milyard dollar dəyərində əmlak verdiklərini etiraf edib.
“Sonra biz onlara bütün qaz infrastrukturunu verdik. Görünür, bu, kifayət etmədi və İrandan qaz kəməri verdik. Biz Ermənistanın bütün iqtisadiyyatını Rusiyaya hədiyyə etdik”, – o bildirib.
Q.Melkonyan Rusiya ilə bağlı maraqlı açıqlamalarının ardınca, Kremli qane etmək üçün Ermənistanın daha da nə etməli olduğunu sual edib.
“Biz hər şeyə ona görə göz yumduq ki, düşünürdük, Rusiya bizim təhlükəsizliyimizi təmin edər”, – deyən erməni millət vəkili vurğulayıb ki, Ermənistan Rusiya ilə normal münasibətlər qurmaq istəyən müstəqil ölkədir.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
