Rusiya Ordusu Avropaya yaxınlaşır | Fransa döyüş bölgəsinə öz ordusunu göndərir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna özünümüdafiə məntiqi ilə Rusiya ərazisindəki hədəflərə qarşı Fransanın verdiyi uzaqmənzilli SCALP raketlərindən istifadə edə bilər”.
Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə müsahibəsində deyib.
“Prinsip qurulub. Prezident Zelenskiyə mesajlarımız yaxşı qarşılandı”, – o bildirib.
Nazir vurğulayıb ki, Qərb müttəfiqlərinin Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstəklə bağlı qırmızı xətləri olmamalıdır.
“Bu, Prezident Makronun əvvəllər dediyi kimi, Fransanın döyüş bölgəsinə qoşun göndərə biləcəyi anlamına gəlirmi” sualına Barro bildirib ki, Parisdə heç bir seçim rədd edilmir:
“Ukraynanı lazım olduğu qədər uzun müddət və intensiv şəkildə dəstəkləyəcəyik. Niyə? Çünki təhlükəsizliyimiz təhdid edilir. Rusiya ordusu hər dəfə bir kilometr irəlilədikdə Avropaya bir kilometr yaxınlaşır”.
O həmçinin əlavə edib ki, Fransa Ukraynanı NATO-ya üzv olmağa dəvət etməyə açıqdır və müttəfiqlərini buna inandırmağa çalışır.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
