Rusiya rublu ilə bağlı bu şərtlər dəyişdirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan da daxil olmaqla Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlərində banklar Rusiya rublunun nağd qəbulu şərtlərini sərtləşdirməyə başlayıb.
Bu barədə RBC məlumat yayıb.
Kanal bildirib ki, dost ölkələrdəki maliyyə qurumları Rusiya valyutası ilə bağlı iş prosedurlarını yenidən nəzərdən keçirmək məcburiyyətində qalıb:
“Ermənistanın bank sistemi rublla işləmə tərzində önəmli dəyişiklik yaşayır. Bəzi yerli banklar hesablara vəsait yatırmaq da daxil olmaqla Rusiya rublu ilə nağd əməliyyatları tamamilə dayandırıb. Rublla nağdsız hesablaşmalar əvvəlki şərtlər altında, əlavə məhdudiyyətlər olmadan həyata keçirilir.
Belarusda “Alfa-Bank”, “Belarusbank”, “Sberbank” və digərləri də daxil olmaqla 8-dən çox bank nağd rublun depozit edilməsi üçün 2-5 faiz komissiya təyin edib.
Qazaxıstanda Mərkəzi Kredit Bankı (CKB) rublun nağd şəkildə qəbul edilməsi üçün 5 faiz komissiya haqqı müəyyən edib.
Qırğızıstanda “EcoIslamicbank” SWIFT köçürmələri üçün eyni – 5 faiz komissiya haqqı təyin edib.
Maliyyə ekspertləri bildirirlər ki, bu cür sərtləşmə Rusiya valyutasına qarşı beynəlxalq sanksiyalar və rublla işləyən banklar üçün artan risklərlə bağlıdır. Banklar nağd rublun beynəlxalq bazarlarda satılması və ya dəyişdirilməsi daha çətin və baha başa gəldiyindən seyflərində yığılan nağd rublu azaltmağa çalışır”.
#Avrasiya İqtisadi İttifaqı teqi istifadə olunub
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- Putindən Ermənistana xəbərdarlıq | Paşinyan bu seçimindən peşman olacaq? - Baku TV
- Avrasiya İqtisadi İttifaqında böhran | İrəvanın yeni siyasi kursu narazılıq yaratdı - Baku TV
- Ermənistan Aİİ-nin iqtisadi imtiyazlarını itirə bilər | İrəvanı nə gözləyir? - ANA XƏBƏR
