Pleyeri seçin:

Rusiya taxıl sazişindən niyə üz çevirdi?

18 iyul 2023 76 baxış

Dünyanı kütləvi aclığa səbəb olacaq taxıl imtahanı gözləyir?

İndi hamını bu sual düşündürür. Çünki Rusiya “Taxıl sazişi”ndən çıxdığını, razılaşmanın müddətini uzatmayacağını bildirdi. Qarşı tərəf Ukrayna bu qərardan qorxmadığını, BMT Baş katibi Antonio Quterreş təəssüfləndiyini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə məsələni avqustda Vladimir Putinlə müzakirə edəcəyini dedi.

Kasıb ölkələrdə qida böhranının qarşısını almaq üçün imzalanan “Taxıl sazişi” hər nə qədər bunu yerinə yetirməsə də, müqavilənin dayandırılması dünyada yeni bir böhrana gətirib çıxara bilər. Sözümüzün canı var. Belə ki, müqavilənin qüvvədə olduğu müddətdə kasıb ölkələr cəmi bir partiya Ukrayna taxılı alıblar ki, bu da ixrac edilən yükün 1 faizinə bərabərdir. Əvəzində Qərbi Avropa ölkələri yüklərin 36 faizini, yuxarı-orta gəlirli ölkələr isə 42 faizini əldə edib. Necə deyərlər, adı kasıbın, dadı isə varlının.

Rusiyanın ayda 500 milyon dollara yaxın ixrac gəlirindən məhrum olması “Taxıl sazişi”ni uzatmamasına əsaslı səbəb ola bilər. Qərb tərəfi Krım körpüsünə edilən hücumu əsas gətirsə də, rəsmi Kreml sazişi uzatmayacağını bundan əvvəl də bəyan etmişdi. Bəlkə də stəkanı daşıran son damla Türkiyədəki “Azov” döyüşçülərinin Kiyevə təhvil verilməsi oldu. Çünki Rusiya üçün prinsipial əhəmiyyət kəsb edən həmin döyüşçülər Ukraynaya yalnız müharibə bitdikdə təhvil verilməli idi. İndi rəsmi Moskva sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən kimi razılaşmaya qayıdacağı şərtini irəli sürüb.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2023-2024-cü il mövsümündə 123 milyon ton taxıl istehsal olunacağını, bunun da 55-60 milyonunun ixraca yönəldiləcəyini gözləyir. Ötən mövsümdən qalan rekord ehtiyatları da nəzərə alsaq, Rusiyanın Ukraynadan taxıl ixracına məhz öz məhsulunu bazara çıxarmaq üçün maneə yaratdığını rahatlıqla təxmin edə bilərik.

Bir sözlə, şimal qonşumuz ona tətbiq olunan sanksiyaların əvəzini çıxmaq üçün əlinə düşən fürsəti dəyərləndirməyə çalışır. Anbarlarda qalan və qiyməti bir xeyli ucuzlaşan Rusiya məhsullarının isə V.Putinin siyasəti nəticəsində yenidən dəyər qazanacağı şübhə doğurmur. 

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 76 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 76 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 76 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 76 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 76 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 76 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 76 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 76 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 76 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 76 baxış
Seçilmişlər
icon