Pleyeri seçin:
Hakan Fidan ilə Blinken ABŞ-də görüşüb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda taxıl sazişi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə ediblər.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutan görüş 45 dəqiqə davam edib.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı həmçinin Qara dəniz taxıl təşəbbüsü, İsveçin NATO-ya üzvlüyü və Qarabağdakı son hadisələr müzakirə edilib.
Kopyalandı
#Hakan Fidan teqi istifadə olunub
- Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
