Rusiya-Ukrayna müharibəsi yekunlaşır? - Hakan Fidandan ümidverici açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya-Ukrayna müharibəsində artıq davamlı sülhə yaxın mərhələ formalaşıb.
"Anadolu" Agentliyi xəbər verir ki, o bu barədə "Könüllülər koalisiyası"nın Parisdə keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, sülh üçün həlledici olan əsas məsələlər hazırda son dərəcə konstruktiv şəkildə müzakirə olunur.
Hakan Fidan qeyd edib ki, müzakirələr təkcə müharibənin dayandırılmasını deyil, eyni zamanda Rusiya ilə Avropa arasında uzunmüddətli sülh şərtlərinin müəyyənləşdirilməsini də əhatə edir.
Onun sözlərinə görə, mümkün sülh sazişindən sonra atəşkəsə nəzarət mexanizmləri, pozuntuların qarşısının alınması və təhlükəsizlik məsələləri gündəmdədir.
H.Fidan vurğulayıb ki, NATO üzvü və Qara dənizdə ən böyük donanmaya malik ölkə kimi Türkiyə dəniz təhlükəsizliyinin təmin olunmasında əsas məsuliyyəti üzərinə götürməyə hazırdır.
Nazir bildirib ki, sülh əldə edildikdən sonra Ukraynanın iqtisadi bərpası və infrastrukturunun yenidən qurulması da əsas müzakirə mövzularından biridir. Onun sözlərinə görə, Türkiyə bu sahədə böyük təcrübəyə malikdir və Ukraynanın iqtisadi dirçəlişində mühüm rol oynayacaq.
H.Fidan əlavə edib ki, Ankaranın məqsədi sülh sazişinin mümkün qədər tez imzalanması, insan tələfatının qarşısının alınması və bölgədə uzunmüddətli sabitliyin təmin edilməsidir.
#Hakan Fidan teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR
