Rusiya-Ukrayna münaqişəsi genişlənir? | Avropa üçün təhlükə siqnalı? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Ukrayna münaqişəsi elə tənzimlənməlidir ki, sülh təmin edilsin və Avropada sabitlik bərpa olunsun. Onun uzanması nə münaqişə tərəflərinə, nə də Avropa ölkələrinə fayda gətirir".
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Onun fikrincə, münaqişənin eskalasiyası riski qalmaqdadır.
"Eskalasiya riski hələ də böyükdür. Müharibə coğrafi olaraq Avropa ölkələrindən birinə keçsə, nə olar? Müharibə sistemli şəkildə konvensional silahların istifadə mərhələsindən taktiki nüvəyə, sonra isə tam nüvə mərhələsinə keçsə, nə olar? Bu müharibə davam etdikcə, genişlənmə təhlükəsi də qalır", – deyə Fidan qeyd edib.
O xatırladıb ki, Ankara Ukrayna ilə bağlı danışıqlara dörd dəfə ev sahibliyi edib, ədalətli və davamlı sülhün əldə edilməsi üçün yenidən ev sahibi olmağa hazırdır.
"Ukrayna təkcə vasitəçilik üçün deyil, həm də Avropa təhlükəsizliyinin gələcəyi üçün sınaqdır", – deyə Fidan əlavə edib.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
