Rusiya XİN Ermənistana ultimatum göndərdi: Arxalanmadan öncə tarixə nəzər salın
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan rəhbərliyi ABŞ-yə arxalanan ölkələrin arzuolunmaz taleyini unutmamalıdır”.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Ermənistanda Rusiyadan imtina edib yeni dostlar qazanmağı arzulayanlar çoxdur.
“Əvvəla, tarixi, coğrafi və geosiyasi baxımdan Rusiyanı uzaqlaşdırmaq, onun Cənubi Qafqazdakı maraqlarını heçə saymaq mümkün deyil. Lakin İrəvanda bir sıra rəhbərlər belə ümidlərlə yaşayırlar. Onlar bunu çəkinmədən, birbaşa deyirlər.
Eyni fikirlə Ermənistanın Baş naziri Nikol Paşinyan da çıxış edib. O, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün tərəfdaşlar çevrəsini genişləndirmək zərurətindən danışıb. Ermənistan rəhbərliyinin bir çox nümayəndələrinin bəyanatlarından da göründüyü kimi əgər onlar ABŞ-yə arxalanırlarsa, məsləhət görərdim ki, müasir tarixə nəzər salsınlar. ABŞ-nin qanadları altına aldığı insanların taleyi qibtə olunası deyil”, – deyə S.Lavrov əlavə edib.
#Sergey Lavrov teqi istifadə olunub
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI
