Pleyeri seçin:

Rusiya Zaporojyeyə 600-dən çox zərbə endirib

03 yanvar 2026 497 baxış

Rusiya Ukraynanın Xarkov vilayətinə hücum edib. Son sutka ərzində baş verən hücumlar nəticəsində ən azı 2 nəfər həlak olub, təxminən 30 nəfər yaralanıb.

Bu barədə ölkənin Milli Polisi məlumat verib.

“Rusiya qoşunları dinc əhaliyə qarşı raketlər, idarəolunan aviasiya bombaları, müxtəlif növ pilotsuz təyyarələr tətbiq edib. Dağıntılar altından 3 yaşlı uşağın və 22 yaşlı qadının meyitləri çıxarılıb. Həmçinin 6 aylıq körpə də daxil olmaqla 30-a yaxın vətəndaş xəsarət alıb”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, daha 5 nəfərlə əlaqə saxlamaq mümkün deyil, onların axtarışları davam etdirilir. Polisin məlumatına əsasən, hücumlar nəticəsində 25 çoxmənzilli ev, xəstəxana binası, təhsil müəssisəsi, ticarət-ofis binası, eləcə də 33 avtomobil zədələnib.

Həmçinin Rusiya qoşunları son sutka ərzində Ukraynanın Zaporojye vilayətinin 23 yaşayış məntəqəsinə 600-dən çox zərbə endirib.

Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, yaşayış evləri, avtomobillər və infrastruktur obyektlərinə dəymiş ziyanla bağlı 105 məlumat daxil olub. Rusiya qoşunlarının Nikolayevdə də gecə kritik infrastrukturlara hücum etdiyi bildirilib.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 497 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 497 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 497 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 497 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 497 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 497 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 497 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 497 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 497 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 497 baxış
Seçilmişlər
icon