Pleyeri seçin:

Rusiyaya aparılan Ukraynalı azyaşlılar harada saxlanılır?

28 iyul 2023 384 baxış

Rusiyanın Ukraynada 1 ildən çoxdur apardığı xüsusi hərbi əməliyyatın görünən tərəfləri ilə yanaşı, görünməyən dəhşətləri də var.

Hər gün səmada uçuşan raketlər minlərlə ukraynalının həyatına son qoyur, eləcə də uşaqların həyatını qaranlığa qərq edir. Söhbət psixoloji travmaya məruz qalan, müharibənin hələ də getdiyi, eləcə də işğal olunan ərazilərdən qanunsuz yollarla kütləvi şəkildə Rusiyaya deportasiya edilən ukraynalı uşaqlardan gedir. Bəs həmin azyaşlılar indi haradadırlar?

Məsələ ilə bağlı rusiyalı politoloq Sergey Markov bildirib ki, aparılan uşaqların hamısı çox yaxşı vəziyyətdədirlər: “Onlar təhsil alır və vaxtlı-vaxtında tibbi müayinədən keçirlər. Onların əksəriyyəti dəniz sahilindəki düşərgələrdədirlər, yəni istirahət etmək imkanları da var. Bu uşaqlar müharibənin getdiyi ərazilərdən xilas ediliblər. Azyaşlılar ata-analarının razılığı ilə Ukrayna ərazisindən çıxarılıblar. Valideynlərin 99%-i özləri rusiya hərbçilərindən övladlarını xilas etmələrini xahiş ediblər. İndi isə Ukrayna tərəfindən sıxışdırılaraq bəyan etməyə başlayıblar ki, guya Rusiya hakimiyyəti onların uşaqlarını əllərindən alıb. Çünki desələr ki, övladlarını Rusiya düşərgələrinə özləri göndəriblər, onları güllələyəcəklər”.

Məlumat üçün bildirək ki, 2022-ci il fevralın 24-dən, yəni Ukraynada xüsusi hərbi əməliyyat başlayan gündən cari ilin iyun ayına qədər bu ölkədən Rusiyaya 19 500-dən çox uşaq deportasiya edilib. Onların əksəriyyəti Ukraynanın Mariupol, Xerson, Xarkov və Kiyev vilayətlərindən çıxarılıb.

Banner
Kuşner ABŞ-nin Rusiyanı NATO-nun sülh niyyətlərinə inandırmağa çalışdığını bildirib

Kuşner ABŞ-nin Rusiyanı NATO-nun sülh niyyətlərinə inandırmağa çalışdığını bildirib

Dünya
23 noyabr 2026 384 baxış
Fabrikdəki yanğından sonra itkin düşənlərin axtarışı necə gedir?

Fabrikdəki yanğından sonra itkin düşənlərin axtarışı necə gedir?

Dünya
23 noyabr 2026 384 baxış
Kanadanın Baş naziri bu sözləri hansı kontekstdə deyib?

Kanadanın Baş naziri bu sözləri hansı kontekstdə deyib?

Dünya
23 noyabr 2026 384 baxış
Pezeşkian hökumətdə parçalanma iddialarına cavab verdi - Baku TV CANLI

Pezeşkian hökumətdə parçalanma iddialarına cavab verdi - Baku TV CANLI

Dünya
23 noyabr 2026 384 baxış
Tramp, Putin və Si bir masada: Ukrayna üzrə razılaşma əldə olundumu? - Baku TV

Tramp, Putin və Si bir masada: Ukrayna üzrə razılaşma əldə olundumu? - Baku TV

Dünya
23 noyabr 2026 384 baxış
Pezeşkiyan hökumətdə fikir ayrılığı iddialarına cavab verdi - Baku TV

Pezeşkiyan hökumətdə fikir ayrılığı iddialarına cavab verdi - Baku TV

Dünya
23 noyabr 2026 384 baxış
Pakistanın böyüklüyünə görə ikinci şəhərində nə baş verir? - Baku TV

Pakistanın böyüklüyünə görə ikinci şəhərində nə baş verir? - Baku TV

Dünya
23 noyabr 2026 384 baxış
ABŞ-də miqrasiya qaydaları dəyişir? | Tramp açıq sərhədlərə qarşı çıxdı - Baku TV

ABŞ-də miqrasiya qaydaları dəyişir? | Tramp açıq sərhədlərə qarşı çıxdı - Baku TV

Dünya
23 noyabr 2026 384 baxış
Ukrayna cəbhəsində müharibənin taktikası dəyişir - Baku TV CANLI

Ukrayna cəbhəsində müharibənin taktikası dəyişir - Baku TV CANLI

Dünya
22 noyabr 2026 384 baxış
Mariya Zaxarova Corcia Meloninin etirazını sərt tənqid edib - Baku TV CANLI

Mariya Zaxarova Corcia Meloninin etirazını sərt tənqid edib - Baku TV CANLI

Dünya
22 noyabr 2026 384 baxış
Seçilmişlər
icon