Pleyeri seçin:

Rutte Rusiya və Ukrayna arasındakı sülhdən danışdı | Qalmaqallı açıqlama

24 iyun 2025 691 baxış

Rusiya bu günədək Ukrayna ilə sülh danışıqlarına ciddi yanaşdığını nümayiş etdirməyib.

Bu barədə NATO-nun Baş katibi Mark Rutte NATO İctimai Forumu çərçivəsində çıxışı zamanı danışıb.

“Mən o danışıqlardan danışmıram ki, orada hansısa rusiyalı tarixçi min illər əvvələ qayıdaraq məsuliyyəti üzərindən atmağa çalışır. Bu, ciddi əsas deyil”, – Mark Rutte qeyd edib.

Bu fikirlərlə o, Vladimir Putinin köməkçisi və İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik etmiş Vladimir Medinskini nəzərdə tutub.

V.Medinski o vaxt bəyan etmişdi ki, Rusiya bir neçə əsr əvvəl İsveçlə müharibələr aparıb və bu tarixi faktlar bugünkü vəziyyətə təsir edir.

M.Rutte vurğulayıb ki, Ukrayna İstanbul danışıqlarına yüksək səviyyəli nümayəndə heyəti göndərmişdi, lakin Rusiya ciddi münasibət nümayiş etdirməyib.

“Ümid edirəm ki, yaxın gələcəkdə həqiqi, ciddi danışıqlar başlayacaq və yalnız atəşkəsə deyil, eyni zamanda ədalətli və davamlı sülhə nail olunacaq. Vladimir Vladimiroviç Putin bir daha Ukraynanın bir qarış torpağını belə ələ keçirmək fikrinə düşməyəcək”, – deyə holland siyasətçi qeyd edib.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 691 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 691 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 691 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 691 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 691 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 691 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 691 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 691 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 691 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 691 baxış
Seçilmişlər
icon