Pleyeri seçin:

Ruttenin açıqlaması Gürcüstanda niyə etiraz yaratdı?

25 noyabr 2025 568 baxış

“NATO Baş katibi və digərləri yaxşı bilirlər ki, onların öz institutlarının qiymətləndirməsinə görə, Gürcüstan NATO-ya üzv olmaq üçün hazırdır”.

Bunu Gürcüstan parlamentinin deputatı Quram Maçaraşvili deyib.

“NATO-nun Baş katibi dəqiq danışmadıqda, adətən belə çox ümumi və hörmətsiz cavablar verir. O, yaxşı bilir ki, illərdir Gürcüstan NATO-ya üzvlük üçün hazırdır, bu, onların öz institutlarının qiymətləndirməsidir. NATO Baş katibi yaxşı bilir ki, gürcü əsgərləri xaricində heç kim amerikalı əsgərlərlə birlikdə beynəlxalq sülh missiyalarında iştirak edə bilməzdi ‒ həm cəsarət, həm də iştirak faizinə görə.

Gürcüstan NATO qoşunları və sülh missiyalarında elə miqyas və keyfiyyətlə iştirak edib ki, heç bir digər ölkə, o cümlədən NATO üzvü olan ölkələr bununla müqayisə edilə bilməz. İndi isə deyirlər ki, istəkləri varsa, çalışsınlar və sair. Biz də videoları göstərə bilərik. Özləri deyiblər ki, Gürcüstan NATO-ya üzv olmaq üçün hazırdır, sadəcə, siyasi qərar verilməlidir”, ‒ deputat bildirib.

NATO Baş katibi Mark Rutte bundan öncə Gürcüstanın alyansa üzvlüyə hazır olmadığını açıqlayıb:

“Avroatlantik məkanda hansısa ölkə NATO-ya üzvlük üçün istək ifadə edə bilər, bunun üçün keçilməli olan bir proses var. Əlbəttə, mən Gürcüstanda baş verənlərlə bağlı sadəlövh deyiləm”.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 568 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 568 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 568 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 568 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 568 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 568 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 568 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 568 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 568 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 568 baxış
Seçilmişlər
icon