Şahramanyan nəzarət altına niyə alındı?
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağdan könüllü olaraq Ermənistana üz tutan ermənilərin son günlər İrəvanda Baş nazir Nikol Paşinyana qarşı keçirdikləri etiraz aksiyaları, o cümlədən bəzi keçmiş qondarma rejimin “deputatlarının” gizli görüşləri, nümayişlərdəki çıxışları ölkə hakimiyyətini ciddi şəkildə narahat edib.
Erməni mətbuatında yayılan məlumatlarda bildirilib ki, Baş nazir həmin şəxsləri nəzarət altına almağı, sözügedən tör-töküntüləri isə xidməti dövlət maşınlarından və cangüdənlərindən məhrum etməyi əmr edib. Erməni mediasının gündəmindən düşməyən, separatçıların keçmiş "rəhbər"i Samvel Şahramanyan isə xüsusi olaraq nəzarət altına alınıb.
Belə ki, fevralın 21-i cangüdəninin əlindən alınması ilə sakitləşməyən hakimiyyət onun özünün də üzərinə düşüb. S.Şahramanyan əvvəllər Qarabağda baş vermiş oğurluq işi üzrə şahid qismində dindirilmək üçün yenidən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.
Ölkə mətbuatında o da qeyd olunub ki, baş verənlərin əsas səbəbi Qarabağdan könüllü çıxmış ermənilərin gözünü qorxutmaqdır. Xəbərə görə, N.Paşinyan bununla da ona qarşı edilən etirazların qarşısını almaq istəyir.
Məlumat üçün bildirək ki, Ermənistana köç edən ermənilər Baş nazirə qarşı davamlı olaraq etiraz aksiyaları keçirirlər. Nümayişçilər çıxışlarında onlara vəd edilən pulu ala bilmədiklərini və işsiz qaldıqlarını, kirayə evlər tutmaq üçün pullarının olmadığını deyirlər.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
