Savaş qızışdı, böyük dağıntılar var | Priqojinin döyüşçüsü girov götürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvələri Rusiyanın Kursk şəhərinə hücum edib.
Hücumlar PUA-lar vasitəsilə həyata keçirilib. Yaşayış binalarında dağıntı və yanğınlar qeydə alınıb. 85 yaşlı qadın ölüb, 9 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 14-dən 15-nə keçən gecə Ukraynaya məxsus 115 dron zərərsizləşdirilib. Moskva regionuna da hücum olunub.
Ukraynanın yaydığı məlumatda isə Rusiya hücumlarının intensivləşdiyi bildirilir. Hərbi obyektlər hədəf olub, aviabomba və raketlər ələ keçirilib.
UNİAN-da yayılan məlumatda isə qeyd olunub ki, “Azov” döyüşçüləri Rusiya hərbçilərindən birini girov götürüb. Hərbçi “Vaqner” döyüşçüsü olub və Yevgeni Priqojinlə bağlı bəzi suallara cavab verib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi “Vaqner”çilərin düşərgəsini atəşə tutub. Priqojinin Moskva ilə konfliktinin əsas səbəbi də elə bu idi.
#Ukrayna Silahlı Qüvvələri teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Moskvanın narahatlığı artır | NATO generalları 8 ildən sonra Kiyevə niyə gedib? - Baku TV
- Ötən sutkada 245 döyüş toqquşması baş verib
- Ukrayna gecə hücuma keçdi | Rusiyaya ağır zərbə endirildi - Baku TV
- İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV
