SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
İran Silahlı Qüvvələrinin bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hüseyn Möhibi gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.
Bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Hüseyn Möhibi bildirib ki, Hörmüz boğazının cənub marşrutlarından istifadə təhlükəlidir, çünki həmin ərazinin sularında minalar yerləşdirilib.
"Hörmüz boğazının cənubundakı marşrut minalanıb. Bu istiqamətdə hərəkət etmək sərmayələrinizin məhv olmasına aparan yoldur. ABŞ-nin sizi aldatmasına imkan verməyin", – deyə SEPAH nümayəndəsi bildirib.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan əsas dəniz keçidlərindən biridir. Bu ərazidə təhlükəsizliklə bağlı istənilən gərginlik qlobal neft və qaz bazarlarına təsir göstərə bilər.
#Hörmüz boğazı teqi istifadə olunub
- Bu boğaz niyə Hörmüzdən daha təhlükəli sayılır? - Baku TV
- Hörmüz boğazında neft daşımalarının həcmi və İranın nəzarəti ilə bağlı müzakirələr yenidən gündəmdədir
- Tehran Maskatla razılaşmanın növbəti mərhələsini Vaşinqtonun atacağı addımlarla əlaqələndirir
- İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM
- Hörmüzdə yaranan kritik vəziyyət yanacaq böhranı yaradacaq? | Qətərdən xəbərdarlıq - ANA XƏBƏR
