SEPAH Hörmüzdə baş verən partlayışa görə ABŞ-ni günahlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında üçüncü neft tankerinin minaya düşərək partladığını bildirib və buna görə ABŞ-ni günahlandırıb.
Bu barədə SEPAH-ın məlumatında qeyd edilib.
"Özünün Hörmüzə yaxınlaşmağa cəsarəti olmayan ABŞ ordusu boğazın açıq olması yalanı ilə neft tankerlərini atəşə sürükləyir", – deyə SEPAH-ın məlumatında bildirilib və əlavə edilib ki, Hörmüz boğazının icazəsiz marşrutunda İranın elan etdiyi istiqamətdən kənarda üçüncü neft tankeri dəniz minasına çırpılaraq partlayıb.
Qeyd olunub ki, bu neft tankeri Hörmüz boğazının şərq bölgəsində yanmaqdadır və yanğından yaranan tüstü Hörmüz boğazının səmasını bürüyüb.
"Amerika ordusunun Hörmüz boğazının cənubundakı sahil radar və naviqasiyaya kömək sistemləri məhv edildikdən sonra bu neft tankerləri daha çox risklə üzləşir, təhlükəli və qanunsuz marşrutlardan keçməyə cəhd etdikləri üçün dəniz minalarına çırpılır", – deyə məlumatda bildirilib.
#ABŞ Ordusu teqi istifadə olunub
- ABŞ İranın strateji əhəmiyyətli Qeşm adasına zərbə endirib - Baku TV CANLI
- İrana qarşı 96 saatlıq hücum iddiası
- ABŞ ucuz raketlərlə Çin donanmasının müdafiəsini yarmağı hədəfləyir
- ABŞ regiona əlavə qüvvələr göndərilməsi variantını gündəmdə saxlayır
- Trampın elan etdiyi missiyanın sonu İraq üçün nə deməkdir?
