Sülh danışıqlarında xaos: Nümayəndələr şəhəri tərk etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza zolağında atəşkəsin yaradılması üzrə danışıqların növbəti mərhələsi başa çatıb, danışıqların bütün iştirakçıları məsləhətləşmələrin aparıldığı Qahirəni tərk ediblər.
Məlumata görə, tərəflər bir sıra mübahisəli məsələlər üzrə konsensusa gəlmədən Qahirəni tərk ediblər. Danışıq aparanların aralıq nəticələri müzakirə etdikdən sonra məsləhətləşmələrə qayıtması gözlənilir. Bu arada, İsrail Ordusu HƏMAS hərəkatının 24 batalyonundan 20-sini məhv edib. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz HƏMAS-ın 24 terror batalyonundan 20-yə yaxınını məhv edə bildik. Rəfahda daha 4-nü məhv etməliyik. Buna görə Rəfaha girmək istəyirik, çünki onları orada qoya bilmərik”, – deyə hökumət başçısı bildirib.
B.Netanyahu həmçinin Rəfahda əməliyyat zamanı İsrailin çox güclü müqavimətlə qarşılaşacağını da qeyd edib, lakin ölkə ordusunun bunun öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
