Suriya Baş naziri müxaliflərlə danışıqlara başladı | "Xalqın seçdiyi istənilən rəhbərliklə..."
Yeniliklərdən dərhal xəbərdar olun
“Hökumət Suriya silahlılarının liderləri ilə danışıqlar aparır”.
Bu barədə Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali “Əl-Ərəbiyyə” televiziyasına deyib.
O bildirib ki, Bəşər Əsədlə sonuncu əlaqə dekabrın 7-də axşam olub. Suriyalı nazirlərin əksəriyyəti Dəməşqdə qalır. Suriya hökuməti B.Əsədin harada olduğunu bilmir. Baş nazir bildirib ki, Suriya hökuməti B.Əsədin rəhbərlik etdiyi təhlükəsizlik xidmətlərinə bağlı deyil.
Bundan əvvəl isə Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb. Baş nazir əlavə edib ki, dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün Dəməşqi tərk etməyəcək.
“Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə isə suriyalı silahlılar Dəməşqin şimalında yerləşən Seydnaya həbsxanasını ələ keçirərək oradakı bütün məhbusları azad ediblər.
Xəbərə görə, Suriya hökumətinin idarə etdiyi hərbi həbsxana həm mülki fəallar, həm də silahlı müxalifət nümayəndələri olan minlərlə məhbusun saxlanılması üçün istifadə edilib.
#Suriya teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
