Suriya Prezidentindən BMT-nin yubiley sessiyasında tarixi çıxış
Yeniliklərdən dərhal xəbərdar olun
Suriya Prezidenti Əhməd əl-Şaraa Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək beynəlxalq ictimaiyyətə mühüm mesajlar ünvanlayıb. O bildirib ki, Suriya 1974-cü ildə imzalanmış və İsrail qüvvələrinin Holan təpələrində ayrılmasını nəzərdə tutan razılaşmaya sadiq qalır.
Suriya lideri vurğulayıb ki, Dəməşq İsrail ilə mövcud fikir ayrılıqlarını həll etmək üçün müharibə deyil, dialoq və diplomatiya yolunu seçir. Onun sözlərinə görə, keçən ilin dekabrında baş verən rejim dəyişikliyindən sonra İsrailin təhdidləri davam etsə də, yeni Suriya rəhbərliyi regionu yeni münaqişələrə sürükləmək niyyətində deyil. Bu çıxış Suriyanın xarici siyasətində yeni, daha təmkinli bir dövrün başlanğıcı kimi qiymətləndirilir.
#Əhməd əş-Şaraa teqi istifadə olunub
- Bu qruplaşma silahlı birləşmələrini buraxdı | Suriya ordusuna inteqrasiya davam edir - Baku TV CANLI
- İlham Əliyev Antalyadakı görüşdə Əhməd Əl Şaraa ilə nələri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə bir araya gəldi
- İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - Baku TV
- Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV
