Suriya və İsrail münasibətlərində son vəziyyət
Suriyanın Əs-Süveydə şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır.
Bədəvilərlə druzlar arasında 30-dan çox adamın öldüyü, 100 nəfərin yaralandığı silahlı toqquşmaya İsrail də müdaxilə edib.
Belə ki, İsrailin Müdafiə Ordusu Suriyanın cənubuna aviazərbələr endirib. Səbəb həmin əraziyə istiqamətlənən tankların qarşısını almaqdır. Çünki İsrailin Müdafiə Ordusu sərhədyanı ərazilərdə hərbi əməliyyatlar keçirdiyinə görə Suriya silahlılarını bölgəyə buraxmır.
Qeyd edək ki, etnik qruplar arasındakı insident zamanı Suriya təhlükəsizlik xidmətinin 6 əməkdaşı da həlak olub. Bu səbəbdən Suriyanın Müdafiə Nazirliyi bədəvi-druz münaqişəsini dayandırmağa çalışıb. Lakin Suriyanın tankları İsrailin hava zərbəsinə məruz qalıb.
Belə olan halda iki ölkə arasında münasibətlərin normallaşma prosesi çətinləşir. Buna baxmayaraq, bəzi mənbələrin məlumatına görə, hər iki ölkənin rəsmi şəxslərinin Azərbaycanda görüşü nəzərdə tutulub.
#Suriya teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
