Suriyada rejimin süqutundan sonra Bəşər Əsədin xaricdəki aktivlərinin axtarışı başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra onun ailəsinin və qohumlarının xaricdəki aktivlərinin axtarışı başlayıb.
Əsəd ailəsinin aktivlərinin dəyərinin 12 milyard dollar olduğu bildirilir. Bu rəqəm “The Wall Street Journal” tərəfindən açıqlanıb.
Qeyd olunur ki, aktivlər arasında İsveçrə banklarında hesablar, Dubayda daşınmaz əmlak, Vyanadakı biznes var.
Məlumata görə, Suriyanın keçmiş lideri mərhum atası Hafiz Əsədlə birlikdə kapitalı xaricdə gizlətmək üçün qohumlarından istifadə edib. İddia olunur ki, Bəşər Əsədin həyat yoldaşı, anası və əmisinin adına olan xarici aktivləri üzə çıxarmaq mümkün olub.
Ağ Evin keçmiş rəsmisi Endryu Tablerin sözlərinə görə, inqilabdan əvvəl onların pulları yumaq üçün kifayət qədər vaxtları olub.
“Onların həmişə B planı var idi və indi deportasiyaya yaxşı hazırlaşıblar”, – deyə Endryu Tabler bildirib.
#Suriya teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
