Pleyeri seçin:

Suriyalı şəxs hər şeyi etiraf etdi | 61 illik rejimin həqiqətləri ifşa olundu

25 dekabr 2024 192 baxış

Suriyaya 61 il rəhbərlik edən Əsəd rejiminin devrilməsindən sonra xalqın gizli ünsiyyət qurmaq üçün şifrəli nitqdən istifadə etdiyi ortaya çıxıb. Bu barədə “Vaşinqton Post”un məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Bəəs Partiyasının 61 illik rəhbərliyi dövründə Suriya xalqı öz aralarında belə rahat şəkildə danışmaqdan çəkinib. Hökumət xalq arasında sadə vətəndaşlara casusluq təklif edib, pul qarşılığında ölkənin idarəçiliyindən narazı olanların adlarını alaraq onlara təzyiq göstərib. Suriya əhalisi öz evlərində oturarkən da narahatlıq keçirib. İnsanlar taksiyə minərkən, küçədə gəzərkən belə dinlənildiklərini düşünüb və qorxublar. Çox sayda vətəndaş pula görə casusluğu qəbul etdiyi üçün insanlar öz ailələrinə belə güvənməməyə başlayıblar.

Qəzetin məlumatına görə, bu vəziyyət səbəbindən Suriya xalqı öz fikirlərini ifadə edə bilmək üçün illər ərzində xüsusi şifrəli danışıq hazırlayıb. Əsəd dəstəkçilərindən qorxduğu üçün nəşrə müsahibəsində sadəcə adını açıqlayan 49 yaşlı Meysun adında Suriya vətəndaşı hər kəsin hökumətdən çəkindiyini bildirib. Onun sözlərinə görə, insanlar öz aralarında danışarkən hökumətin adını çəkirdilərsə, barmaqları ilə sadəcə yuxarını işarə edərdilər. Əgər xalq kiminsə Əsədə casusluq etdiyini düşünürdüsə, onun haqqında “Bu şəxsin əl yazısı gözəlmiş” cümləsini deyərək bir-birini xəbərdar edib.

Dəməşqdə böyüyən və Dubayda yaşayan 60 yaşlı Thabet Birro internetdə Əsəd rejimi ilə bağlı paylaşımlarında qorxudan öz adını belə düzgün yaza bilmədiyini deyib:

“Artıq rahatlıqla öz adımdan istifadə edirəm. Bu, çox qəribədir. Suriyada yaşadığımız illərdə “dollar”ın adını çəkmək belə qadağan idi. Ona “yaşıl” deyirdik. Hüquq-mühafizə orqanlarından kimsə vəziyyəti anlayanda isə “göyərti” və “nanə” deyib mövzunu dəyişirdik”.

Qeyd edək ki, Bəəs Partiyasının hakimiyyəti dövründə Suriyada bir çox qarışıqlıqlar yaşanıb və çox saytda yerli sakin günahsız yerə həlak olub.

Banner
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 192 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 192 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 192 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 192 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 192 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 192 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 192 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 192 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 192 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 192 baxış
Seçilmişlər
icon