Tehran və Vaşinqton arasında gərginlik | Xamenei ABŞ-ni nədə ittiham etdi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması gələcəkdə mümkün ikitərəfli anlaşma memorandumlarına etimadı azaldır.
Bunu İranın Ali Rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib.
“Hədə-qorxu Amerika doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərkib hissəsidir”, – deyə o, “X” sosial media hesabındakı paylaşımında bildirib.
Onun fikrincə, ABŞ müharibəni qızışdırmağa çalışır. Xamenei müraciətində İranın maraqlarının qorunmasını təmin etmək üçün bundan sonra da fəaliyyət göstərəcəyinə söz verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə bildirib ki, İranın ABŞ-nin təcavüzünə qarşı mübarizə aparmaqdan başqa çarəsi yoxdur.
Onun sözlərinə görə, İranın sazişlərə əməl etməsi şərtidir və ABŞ-nin öhdəliklərinə əməl etməsindən asılıdır.
“ABŞ tərəfindən öhdəliklərin pozulmasının davam etməsi İranın öhdəliklərini yerinə yetirməsini qeyri-mümkün edir”, – deyə Bəqai söyləyib.
O, ABŞ-nin Hörmüz boğazına nəzarət etməyə çalışdığını bəyan edib və İslamabad Anlaşma Memorandumunu xatırladıb.
“Qarşılıqlı Anlaşma Memorandumunun beşinci maddəsi Hörmüz boğazının Oman və region ölkələri ilə məsləhətləşmələr yolu ilə idarə olunmasının zəruriliyini açıq şəkildə vurğulayır. Lakin ABŞ razılaşmaya məhəl qoymayaraq bu strateji əhəmiyyətli su yolunu nəzarətə götürmək niyyətindədir”, – deyə Nazirlik rəsmisi əlavə edib.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
