Təl-Əvivdə gərgin anlar | Etirazçılar Netanyahunun partiyasının ofisinə niyə hücum etdilər?
Yeniliklərdən dərhal xəbərdar olun
Etirazçılar İsrailin Baş naziri Benyamin Netanyahunun Likud partiyasının Təl-Əvivdəki ofisinə basqın edərək orada barrikada qurublar.
Bu barədə “The Times of Israel” yazır.
Təhlükəsizlik qüvvələri hökumət əleyhdarlarını binadan çıxara bilib. Polis ictimai asayişi pozan və asayiş keşikçiləri ilə toqquşduqları üçün 62 nəfərin həbs edildiyini bildirib. İğtişaşlar nəticəsində iki təhlükəsizlik əməkdaşı yaralanıb.
Likud binasında Qətər bayrağı və “Qətər səfirliyi” yazısını nümayiş etdiriblər. Onlardan bəziləri narıncı kombinezon və Netanyahunun üzünü əks etdirən maskalar taxıblar.
Tədbir HƏMAS-ın İsraili işğal etməsindən 600-cü günə təsadüf edib.
Etirazçılar hakimiyyətdən HƏMAS-ın hələ də girov saxladığı mülki şəxslərin dərhal azad edilməsini tələb edir və Təl-Əvivin danışıqlara yanaşmasını tənqid edirlər.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
